Xəbər Mərkəzi

Filter
Showing 1 - 20 of 63
  • 19 Dekabrın 2014
    Azərbaycan Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd nümayəndələrinin Fəaliyyətinə dair Saziş hazırlanır

    BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihəsi çərçivəsində hər iki ölkənin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində nəzərdə tutulan təlimlər layihənin əsas komponentlərinin məqsədlərinə uyğun hazırlanaraq həyata keçiriləcəkdir.

  • 1 Dekabrın 2014
    “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihənin imzalanma və açılış mərasimi

    Ölkənin dayanıqlı inkişafını təmin etmək Azərbaycan hökuməti son illər ərzində bütün istiqamətlər üzrə mühüm addımlar atmışdır. Sərhəd idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi bu proseslərdən kənarda qalmadı. Bu sahədə daxili resurslardan istifadə etməklə yanaşı, mütəmadi olaraq qabaqcıl beynəlxalq təcrübələrdən faydalanmağa da çalışan Azərbaycan Hökuməti müxtəlif beynəlxalq tərəfdaşlarla birlikdə bir neçə irimiqyaslı layihələri uğurla icra etmişdir.

  • 17 Noyabr 2014
    Şəki su elektrik stansiyasının ikinci qurğusu istifadəyə verilmişdir

    Bu gün Şəki su elektrik stansiyasının ikinci qurğusunun açılış mərasimi keçirilmişdir. Qurğunun quraşdırılması Azərbaycan Respublikası Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və BMT-nin İnkişaf Proqramının (BMTİP) “Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” adlı birgə layihəsi çərçivəsində həyata keçirilmişədir. Layihə Avropa İttifaqı və Norveç Hökuməti tərəfindən maliyyələşdirilmişdir.

  • 24 Oktyabr 2014
    BMTİP şəffaflıq üzrə dünyada liderdir

    Qlobal aparıcı reytinq cədvəlinə istinadən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) dünyanın ən şəffaf inkişaf təşkilatıdır. Yardım üzrə Şəffaflıq İndeksi 2014 (The 2014 Aid Transparency Index) BMTİP-nın məlumatların nəşri üzrə beynəlxalq standartlardan daha “nümunəvi nəticə” göstərdiyini qeyd etmiş və dünya üzrə qiymətləndirilən əsas 68 agentlik arasında təşkilatı birinci yerə layiq görmüşdür.

  • 8 Oktyabr 2014
    BMTİP-in rəhbəri Azərbaycanın Cənub-Cənub Əməkdaşlığı çərçivəsində təcrübə və biliyin bölüşməsi istəyini alqışlayır

  • 3 Oktyabr 2014
    BMTİP-in rəhbəri, Helen Klarkın ADA Universitetindəki çıxışı

    2015-ci ilin sonunda Minilliyin İnkişaf Məqsədlərinin əvəzinə hansı seçimlərin aparılması ilə əlaqədar çağdaş qlobal müzakirələr haqqında çıxış etmək üçün məni dəvət etdiyinizə görə rektor Hafiz Paşayevə və ADA Universitetinə minnətdarlığımı bildirmək istərdim. Mən bu Universitetin diplomatik xidmət üçün tələbələri təlimləndirmək məqsədi ilə yarandığını bilirəm. 2015-ci ildən sonrakı məsələlər üzrə müzakirələr diplomatik karyera qurmaq istəyənlərə bu mövzu ilə əlaqədar danışıqlarda məsuliyyət daşıyan Nyu-Yorkdakı diplomatlarınız qədər aktualdır.

  • 2 Oktyabr 2014
    Helen Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı

    IV Beynəlxalq Humanitar Forumun açılışında BMT-nin Baş katibi Ban Gi-munu təmsil etmək mənim üçün xoşdur. İlk əvvəl, icazə verin, müxtəlif məsələlər üzrə geniş fikir mübadiləsi üçün əhəmiyyətli bir fürsət təmin edən bugünkü Forumda bizi bir yerə topladığına görə Zati-aliləri, Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edim.

  • 1 Oktyabr 2014
    BMT-nin İnkişaf Proqramının rəhbəri Azərbaycandadır

    Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klarkın Azərbaycana səfəri başlayıb. O, Heydər Əliyev Beynəlxalq Hava Limanında səfərinin məqsədləri barədə mətbuat qarşısında brifinqlə çıxış etmişdir. Brifinqdə Helen Klark Azərbaycanı orta gəlirli ölkə kimi görməkdən mənmuniyyətini ifadə etmiş və BMT-nin İnkişaf Proqramı və Azərbaycan arasında strateji əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulamışdır.

  • 25 Sentyabr 2014
    BMT-nin İnkişaf Proqramının rəhbəri Azərbaycana gəlir

    Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark 1-4 oktyabr 2014-cü il tarixlərində Azərbaycana səfər edəcəkdir. Səfərin əsas məqsədi Azərbaycanın dayanıqlı inkişafı üçün təşkilat tərəfdən yüksək səviyyədə dəstəyin verilməsi, hökumətin iqtisadi və sosial inkişaf sahələrində uğurlarını müşahidə etmək və Azərbaycanın tam hüquqlu donor icmasına qoşulması yolunda hazırlığını yoxlamaqdır.

  • 15 Sentyabr 2014
    İsmayıllıda yay otlaqlarının dayanıqlı monitorinqi və idarəçiliyi üzrə təlim keçirilmişdir

    “İqlim Dəyişikliyinə ekosistem əsaslı yanaşma” adlı Clima East pilot layihəsi çərçivəsində İsmayıllının 3000 hektarlıq pilot yay otlaqları ərazisində 14-28 avqust 2014-cü il tarixlərində yay otlaqlarının monitorinqi ve inventoru üzrə təlimlər keçirilmişdir. Bu təlimlər Ətraf Mühit üzrə Qlobal Fondun (GEF) “Böyük Qafqaz Landşaftının Dayanıqlı Torpaq və Meşə İdarəetməsi” adlı layihəsi və Beynəlxalq Əməkdaşlıq üzrə Alman Federal Şirkətinin (GİZ) “Böyük Qafqazın Biomüxtəlifliyinin Dayanıqlı İdarəetməsi” adlı layihəsinin birgə iştirakı ilə həyata keçirilmişdir.

  • 1 Avqust 2014
    BMT-nin İnkişaf Proqramı daha səmərəli və effektiv olmaq üçün dəyişir

    BMTP-nin İdarə Heyəti 2013-cü ildə bu məqsədlərin həyata keçirilməsində təşkilatın tam şəkildə səfərbər etmək üçün yeni Strateji Plan hazırlayıb. Burada əsas məqsəd daha şəffafliq, çeviklik və uyğunlaşma xüsusiyyətləri ilə BMTİP-in təşkilati səmərəliliyinə nail olmaq və hesabat nəticələrini təkmilləşdirməkdir. Təkmilləşdirilmiş maliyyə və insan resurslarının idarəetməsilə yanaşı, bu bizə dünyanın üzləşdiyi inkişaf çətinliklərinin həll edilməsində daha yüksək keyfiyyətli proqramları təqdim etməyə imkan verəcəkdir

  • 17 iyul 2014
    Daşqınlara Qarşı İcma Əsaslı Erkən Xəbərdarlıq Sistemi üzrə Təlim

    Daşqınlara qarşı icma əsaslı erkən xəbərdalıq sistemlərini gücləndirmək üçün yerli tərəfdaşlara iki günlük təlim Qəbələ şəhərində bugün öz işinə başlamışdır. “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində keçirilən təlim yerli tərəfdaşlarla birlikdə, layihə heyəti, milli və beynəlxalq ekspertlər və zəif dağ icmalarından olan nümayəndələr də daxil olmaqla bir çox iştirakçıları bir araya gətirmişdir. Təlimin məqsədi daşqınlara qarşı erkən xəbərdarlıq sistemləri üzrə təcrübələrin bölüşülməsidir.

  • 15 iyul 2014
    Vətəndaş cəmiyyəti ilə dialoq: Gənclər adlı 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi üzrə Milli Məsləhətləşmələrin ikinci mərhələsinin bağlanış mərasimi. BMT Modeli Seminarı.

    Mən 2015-ci ildən sonrakı inkişaf mərhələsi üzrə milli məsləhətləşmələrin ikinci mərhələsinin çərçivəsində təşkil edilmiş BMT Modelinin bağlanış və mükafatlandırma mərasimində iştirak etdiyim üçün çox şadam. Məsləhətləşmələr BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi və AR Gənclər Təşkilatlarının Milli Şurası tərəfindən birlikdə təşkil edilib.

  • 27 iyun 2014
    Mühacirlərin həyat yoldaşları və onların ailə üzvləri haqqında birgə tədqiqat birgə hesabatı təqdim olundu

    Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin İnkişaf Proqramı (BMTİP) BMT-nin Nümayəndəliyində Azərbaycandan kənarda yaşayan mühacir vətəndaşlar və onların ailə üzvləri haqqında birgə hesabatın təqdimat mərasimini keçirmişdir. Bu hesabat BMTİP-in “Azərbaycanda gender tədqiqatlarına dəstək” proqramı əsasında BMqT tərəfindən həyata keçirilən “Azərbaycandan kənarda işləyən və yaşayan mühacir azərbaycanlı miqrantların uzun müddət və ya mütəmadi əlaqə saxlamadıqları Azərbaycanda qalan həyat yoldaşları və digər ailə üzvlərinin vəziyyəti haqqında biliklərin artırılması və onların hazırkı sosial iqtisadi inkişafı ilə bağlı vəziyyətlərinin öyrənilməsi” layihəsinin nəticəsidir. BMqT bu çox mühüm hesabatı BMTİP-in maliyyə dəstəyi vasitəsilə həyata keçirməyə nail olmuşdur.

  • 21 iyun 2014
    “BMT Modeli” Simulyasiya Seminarına ərizələr qəbul olunur.

  • 19 iyun 2014
    BMTİP milli məsləhətləşmələrin ikinci mərhələsinə start verir

    BMT-nin Inkişaf Proqramı (BMTIP), ARGTMŞ, Gənclər və İdman Nazirliyi, və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin Milli Məsləhətləşmələrinin ikinci mərhələsinə start verilir.

  • 21 may 2014
    Su və Daşqınların İdarəetməsi üzrə Hesabat Seminar keçirilmişdir.

    21 may 2014-cü il tarixində “Qafqaz Baku City” (Şamdan Zalı) otelində BMT-nin İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” birgə layihəsi üzrə Hesabat Seminarı keçirilmişdir.

  • 19 may 2014
    Əmək və sosial müdafiə sahəsində beynəlxalq tərəfdaşlarla gələcək əməkdaşlıq istiqamətləri müəyyən olunub

    Mayın 19-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, aidiyyati dövlət qurumlarının, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə “Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu” mövzusunda konfrans keçirilib.

  • 3 Aprelin 2014
    Konni Britton BMT-nin İnkişaf Proqramının yeni Xoşməramlı Səfiri təyin edilmişdir

    Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) yoxsulluğun azaldılması və qadınların səlahiyyətləndirilməsi sahəsində fəaliyyətinə görə amerikan aktyoru Konni Brittonu yeni Xoşməramlı Səfir təyin etmişdir.

  • 1 Aprelin 2014
    Gənclər Siyasəti üzrə Qlobal Forum Azərbaycanda keçiriləcəkdir

    2014-cü ilin 26 mart tarixində BMT Baş Katibinin Gənclər üzrə elçisi Əhməd Əlhəndavi və Azərbaycan Respublikası gənclər və idman naziri cənab Azad Rəhimov hökumət səviyyəsində 700-dən çox nazir, mütəxəssis və gənclər təşkilatlarının iştirakı ilə bu ilin oktyabrın 28-dən 30-a kimi Bakıda keçiriləcək beynəlxalq toplantı - ''Gənclər Siyasəti üzrə Qlobal Forum''un keçirilməsi barədə məlumat vermişdir.